Suyun Səsi restoranında çalışan təcrübəli aşbazların hazırladığı nəfis təamların dadından doymayacaqsız.
“Suyun Səsi” Ailəvi İstirahət Mərkəzi Tovuz şəhərindən bir az aralıda, Avdal kəndində yerləşir.
İstirahət mərkəzi dağların ətəyində, Zəyəm çayının mənsəbində zümrüd yaşılı meşələrin və başı qarlı dağlarıyla göz qamaşdıran təbiətin tam qoynundadır. Yolun kənarında müasir üslubda inşa olunmuş otelimiz 2020-ci ildən etibarən fəaliyyət göstərir. Oteldə Zəyəm çayının axar suyundan inşa edilmiş göl mövcuddur. İlin istənilən fəslində burada gölün füsünkar mənzərəsindən yararlanmaq olar. Həmçinin isti yay aylarında otelin həyətində olan köşk-çardaqlar və göl çimərlik olaraq istifadəyə verilir. Burada qonaqların piknik etməsi üçün müvafiq şərait yaradılır. Otelimizdə böyük yığıncaq və məclislərin keçirilməsi üçün də əlverişli şərait mövcuddur. Həmçinin istirahət mərkəzimizdə uşaqlar üçün su və digər oyun atraksiyonları da quraşdırılıb. “Suyun Səsi” İstirahət Mərkəzi özəl və rahat istirahət sevən cütlüklər və ailələr üçün doğru seçimdir.
Bron Et Əlaqə QurSuyun Səsi restoranında çalışan təcrübəli aşbazların hazırladığı nəfis təamların dadından doymayacaqsız.
İstirahət mərkəzinin bütün ərazisində Wi-Fi xidməti daima qonaqlarımızın istifadəsindədir.
Təhlükəsizliyinizi nəzərə alaraq, bütün ərazi güvənlik kameraları ilə izlənilir və 24 saat qorunur.
Otelimizdə müasir kondisionerli otaqlarda panoramalı pəncərələr və düz ekranlı televizor var.